Futbol üzrə Azərbaycan 2-ci Liqasında 14-cü turun oyunları davam edir.
İdmanxeber.az xəbər verir ki, bu gün keçirilən oyunlarda “Şəki Siti” “Lerik”i, “Şəmkir” isə “Haypers Quba”nı məğlub edib.
Ev sahibi stadionu qardan təmizləmədiyi üçün “Ağdaş” – “Şimal” görüşü baş tutmayıb. Bununla bağlı AFFA İntizam Komitəsi qərar verəcək.
2-ci Liqa, 14-cü tur
“Haypers Quba” – “Şəmkir” 1:2
Qollar: C.İmamverdiyev, 59 – V.Cəfərov, 41, 89
Qırmızı vərəqə: R.Qurbanov, 38, S.Aslanov, 90+4
“Şəki Siti” – “Lerik” 2:0
Qollar: R.Otaraşvili, 63, X.Şabanov, 70
“Ağdaş” – “Şimal”
(Baş tutmayıb)