Kateqoriyasız

Sənan Qurbanov: “Bizə belə futbol lazım deyil”

Topaz Premyer Liqasının XVIII turuna start verilib

İdmanxeber.az-ın məlumatına görə, “Qəbələ” evdə “Keşlə”nin qəbul edib. Oyunun ardından ev sahibi komandanın baş məşqçisi Sənan Qurbanov mətbuat konfransı keçirib. O, əvvəlcə görüş barəsində fikirlərini bildirib:

“Evdə qalib gəlmək istəyirdik. Bundan öncə məğlub olmuşduq. Təəssüf, edə bilmədik. İlk hissədən narazıyam. Həm uda, həm uduza bilərdik. Belə futbol bizə lazım deyil”.

-Qarabağ qarşı oyundan sonra belə oyunu necə izah edə bilərsiniz?

-Doğrudur. “Qarabağ” oyunundan sonra təriflər təsir edə bilər. Çalışdıq ki, bunu onlara izah edə bilək. Yeni hədəflərimiz var. Onlara çatmaq üçün meydanda mübarizə aparmaq lazım idi. Keçən oyun da oyundan razı qaldıq, nəticədən yox.

-Bəlkə, siz onları hazırlaya bilməmisiniz?

-Həftənin başından bu barədə iclaslarımız oldu. Qorxum var idi. Bir həftə bunun üzərində işlədik. İşləməsək daha betər olardı.

-Oyunçulara cəza görsənir? Çünki yaxşı oynamayan oyunçular var idi?

-Cəza yox, oyun bitdikdən sonra onlara dərs olmalarını söylədik. Ədalətli nəticə heç-heçə idi.

-Sayılmayan qola münasibətiniz nədir?

-Səhv etmirəmsə, Rauf passiv durumdan, aktivə keçdi. Buna görə hakim belə qərar verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43