Kateqoriyasız

Sənan Qurbanov: “Hakimlərin səhvi bizi üç xaldan etdi”

“Ötən tur Evdə xal itrmişdik. Dah doğrusu  qazansaq da, qolumuz sayılmamışdı. Gənc hakimlər biraz daha diqqətli olsun. Onların səhvi bizi üç xaldan etdi”.

İdmanxeber.az-ın məlumatıan görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində keçirlən səfər qarşılaşmasından sonra deyib. Gənc mütəxəssis daha sonra oyun barəsində fikrilərini bildirib:

Bu gün qələbə qazanmaq istəyirdik. Nəticə çox da ürək açan olmadı. Bəzən  rəqib səni müdaifə olmağa məcbur edir. Biz gənc oyunçulara güvənirik. Yavaş-yavaş onlardan istədiyimizi alacağıq..

S.Qurbanov Rauf Əliyev oynamamasını isə belə şərh edib: “Rauf bizim əsas oyunçularımızdandır. Bugünkü sistemə görə belə bir qərara verdik. Stankoveç isə oyunöncəsi məşqdə zədə səbənindən heyətə daxil etmədik”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43