Topaz Premyer Liqasının III turunun startı verilib.
İdmanxeber.az-ın məlumatına görə, “Qəbələ” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Heç-heçə ilə yekunlaşan matçdan sonra ev sahibi komandanın baş məşqçisi Sənan Qurbanov oyun barəsində fikirlərini bölüşüb. O, qələbə qazanmaq istədiklərini bildirib:
“Belə pis oynadığımızı xatırlamıram. “Neftçi” ilə oyunun ikinci hissəsində yaxşı oynamışdıq. Bu gün həmin oyundan heç bir əsər-əlamət yox idi. Keçən turdakı məğlubiyyətin ardından qələbə qazanmaq istəyirdik. Bunu edə bilmədiyimiz üçün çox məyusuq. Oyunun analizini edib, fərdi şəkildə oyunçularla ciddi söhbət edəcəm”.