Ölkə futbolu

Şərt qoydu, “Kəpəz” onu göndərmək üçün buna da razılaşdı

“Kəpəz”in yollarını ayırdığı futbolçusu Mixeil Ergemlidzeyə daha iki ayın maaşını verəcək.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə. Gəncə təmsilçisi gürcüstanlı forvardla bu ayın əvvəli qarşılıqlı razılaşma əsasında yolları ayırdı. Ancaq legioner futbolçu yanvar və fevral ayının maaşları veriləcəyi təqdirdə komandadan gedə biləcəyini bildirmişdi. Klub da bu təklifə razılaşıb və mövsümün sonuna kimi müqaviləsi olan futbolçu ilə yolları 2 ayın maaşını verməklə ayırıb.

Qeyd edək ki, Ergemlidze “Kəpəz”dəki maaşı təxminən 3 min dollardan bir qədər çox idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43