23 Fevral 2025
Ölkə futbolu

“Şərtlər hər iki komanda üçün bərabər idi” – Kurban Berdiyev

“Çətin oyun oldu. Şərtlər hər iki komanda üçün bərabər idi. Mübarizə aparmaq asan deyildi. Hər iki tərəfin fürsətləri oldu. Allaha şükürlər olsun ki, qələbə qazandıq”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 24-cü turunun “Şamaxı” ilə oyunundan sonra keçirilmiş mətbuat konfansında deyib. O, daha sonra belə davam edib:

“Hakimlər oyunu yaxşı idarə etdilər. Oyundan-oyuna hazırlaşırıq. Bütün fikrimizi önümüzdəki matça yönəldirik. Sonda necə olacağını Allah bilir. Necə məsləhətdirsə, elə də olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43