29 Noyabr 2024
Ölkə futbolu

“Sabah” 6 futbolçusunu göndərdi- rəsmi

Premyer Liqamızın debütantı “Sabah” 6 futbolçu ilə yollarını ayırıb.

İdmanxeber.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, Vitali Kvaşuk, Əlibəy Məmmədli, Elvin Bədəlov, Aydın Bayramov, Tural Qürbətov və Ülvi İbazadənin müqaviləsinə qarşılıqlı razılaşma yolu ilə xitam verilib.

Qeyd edək ki, “Sabah” qış fasiləsinə 17 xalla 4-cü pillədə yollanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43