Ukrayna mətbuatı “Şaxtyor”un futbolçusu Aleksey Kaşukun yenidən “Sabah”ın hədəfində olduğunu bildirib.
Ötən mövsümü icarə əsasında paytaxt təmsilçisində keçirən ukraynalı futbolçunun adı mütəmadi olaraq “bayquşlar”la çəkilir. Bakı təmsilçisinin Kaşuka təklif göndərib-göndərmədiyini öyrənmək üçün “Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq:
“Hələ heç bir futbolçu ilə anlaşma əldə edilməyib. Hər hansı keçid baş tutsa, bu barədə rəsmi səhifələrimiz vasitəsilə ictimaiyyətə ətraflı məlumat veriləcək. İstənilən maraq və ya təkliflə bağlı hər hansı rəsmiyyət olmadan məlumat verə bilmərik”.
Xatırladaq ki, yerli mətbuat daha öncə “Qarabağ”ın da futbolçu ilə maraqlandığını iddia etmişdi.
İdmanxeber.az