Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” klubu bu gün növbəti yoxlama oyununu keçirib.
İdmanxeber.az xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Sankt-Pauli” ilə üz-üzə gəlib
İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda baş tutan matçda Almaniya klubu 4:1 hesabı ilə qələbə qazanıb. “Sabah”ın oyundakı yeganə qolunu Coy-Lens Mikels vurub.
Qeyd edək ki, “Sabah” ilk matçında Qətərin “Əl-Sədd” klubuna 3:1 hesabı ilə qalib gəlib.
Yoxlama oyunu
14:00 “Sabah” – “Sankt-Pauli” 1:4