Kateqoriyasız

“Sabah” baş məşqçisi ilə bağlı qərar verdi

“Sabah” baş məşqçi Ramin Quliyevlə yeni müqavilə bağlayıb.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sözləşmənin müddəti 2 ildir.

Quliyev 2019-cu ildən “Sabah”da çalışır. O, daha öncə klubda idman direktoru və əsas komandada köməkçi məşqçi vəzifələrini tutub. Gənc mütəxəssis bu ilin mart ayından əsas komandada baş məşqçi səlahiyyətlərini yerinə yetirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43