28 Sentyabr 2024
Ölkə futbolu

“Sabah” “Beşiktaş” oyunu üçün PFL-ə müraciət etməyə hazırlaşır

“Sabah”ın Türkiyənin “Beşiktaş” klubu ilə yoldaşlıq matçı keçirəcəyi xəbərini vermişdik.

Qarşılaşma mayın 13-də “Tofiq Bəhramov” stadionunda oynanılacaq. Matçdan əldən edilən gəlir qardaş ölkədə zəlzələdən əziyyət çəkən insalara bağışlanacaq.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu bu oyunla bağlı Peşəkar Futbol Liqasına müraciət etməyə hazırlaşır. Belə ki, komanda mayın 14-də Misli Premyer Liqasının 34-cu turu çərçivəsində “Sumqayıt”la üz-üzə gəlməlidir.

Bundan bir gün öncə “Beşiktaş”la qarşılaşacaq “Sabah” “kimyaçılar”la görüşün təxirə salınmasını istəyəcək.

Müraciət yaxın vaxtlarda rəsmi şəkildə açıqlanacaq.

PFL-dən isə klubun müraciətinə müsbət cavab verilməsi gözlənilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43