Kateqoriyasız

“Sabah” CAS-a şikayət olundu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq futbolçusu Oleq Karnaux “Sabah” klubundan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.

İdmanxeber.az qurumun saytına istinadən xəbər verir ki, 21 yaşlı qapıçının şikayətinə aprelin 23-də baxılıb. Məsələ ilə bağlı yekun qərar hələ açıqlanmayıb.

Oleq “Sabah”la 2019-cu ilin yayında 3 illik müqavilə imzalamışdı. Ukraynalı futbolçu Azərbaycan təmsilçisi ilə heç bir oyuna çıxmamış və 2020-ci ilin iyulunda müqaviləsinə xitam verilmişdi. Oleq sözləşməsinə vaxtından əvvəl xitam verildiyi üçün “Sabah”ı şikayət edib.

Karnaux Azərbaycanın U-21 yığmasına dəvət alsa da, millidə debüt etməyib. Qapıçı hazırda Ukraynanın “Yarud Mariupol” klubunda çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Bu oyun Azərbaycan futbolunun tarixinə düşdü” – Qurban Qurbanov

admin

Azərbaycanda oynamış futbolçu kuryerliyə başladı

admin