Kateqoriyasız

“Sabah” daha bir futbolçu ilə yolları ayırdı

“Sabah” futbolçusu Dmitro Klotsla yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçinin sözləşməsi yenilənməyib. Ukraynalı oyunçu bu ilin fevralından “Sabah”da çıxış edirdi. O, altı oyunda meydanda olub.

Qeyd edək ki, “Sabah” daha əvvəl Təmkin Xəlilzadə, Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete və Kevin Kubemba ilə də vidalaşıb. Ramin Quliyevin baş məşqçi olduğu komanda “Zirə”dən Elvin Camalovu heyətinə qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43