“Sabah” Əlcəzair millisinin futbolçusu İshak Belfodili transfer edib.
İdmanxeber.az-ın məlumatına görə, Bakı klubunun oyunçu ilə yaxın vaxtlarda müqavilə imzalayacağı gözlənilir. 31 yaşlı hücumçu bu ilin yayında Qətərin “Əl-Qarafa” klubundan ayrılıb.
O, karyerasında “Lion” (Fransa), “Bolonya”, “Parma”, “İnter”, “Livorno” (hamısı İtaliya), “Standard” (Belçika) kimi klublarda çıxış edib.