Kateqoriyasız

“Sabah” Kipr klubuna da uduzdu

Yeni mövsümə hazırlığı Bolqarıstanın Bansko şəhərində davam etdirən “Sabah” bu gün növbəti yoxlama oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, komanda Kiprin yüksək liqa təmsilçisi “Akritas Xlorakas” klubu ilə üz-üzə gəlib. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb. “Sabah”ın qollarını yeni transferlər David Volkov və Anatoli Nuriyev vurub.

Qeyd edək ki, “Sabah” Bolqarıstan toplanışı çərçivəsində ilk yoxlama oyununu İsrailin “Hapoel” (Hadera) klubuna qarşı keçirib (0:1).

Xatırladaq ki, “Sabah” Bakıdakı yoxlama oyunlarında “Sumqayıt”a 1:2 hesabı ilə uduzub, “Səbailə”ə 3:1 hesabı ilə qalib gəlib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43