29 Sentyabr 2024
İdman

“Sabah” klubunun Çempionlar Liqasında rəqibi müəyyənləşdi

Kişilərdən ibarət “Sabah” basketbol klubunun Çempionlar Liqasında rəqibi bəlli olub.

İdmanxeber.az-ın məlumatına Azərbaycan çempionu təsnifat mərhələsində İsveçin “Norrçepinq Dolfins” klubu ilə üz-üzə gələcək.

Bu raundun qarşılaşmaları sentyabrın 15-22-də baş tutacaq.

Qeyd edək ki, Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasında oynayacaq “Sabah” təsnifat mərhələsində büdrəsə, mübarizəni Avropa Kubokunda davam etdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43