29 Sentyabr 2024
Ölkə futbolu

“Sabah” klubunun loqosu yeniləndi

“Sabah” klubunun loqosuna dəyişiklik edilib.

İdmanxeber.az-ın məlumatına görə, teni loqoda top elementi klubun simvolu olan bayquşla əvəz olunub.

Əvvəlki variantda istifadə olunmuş kənar xətlərin sayı azaldılaraq, loqo maksimum sadələşdirilib.

Bundan sonra “Sabah” adı altında fəaliyyət göstərən bütün klublar vahid loqo ilə təmsil olunacaq.

Qeyd edək ki, loqoda yer alan bayquş müdriklik və intellekti simvolizə edir. Günəş – yeni gün, yeni ümidlər və gələcəyin nişanıdır. Qalxan – cəsarət, inam və məğlubedilməzlik simvoludur. Çəhrayı rəng isə Masazır gölünün rəngini özündə əks etdirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43