“Sabah” yamaykalı futbolçusu Kahim Parrislə yollarını ayıra bilər
İdmanxeber.az-ın məlunatına görə, paytaxt təmsilçisi icarə əsasında komandada çıxış edən oyunçunu transfer etməyəcək.
Buna səbəb 23 yaşlı oyunçunun ümidləri doğrulda bilməməsidir. Parrisin müqavilə ilə məxsus olduğu Ukraynanın “Dinamo” klubuna qayıtması gözlənilir.
Kahim Parris bu mövsüm Premyer Liqada 11 oyun keçirib.