Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək “Sabah” basketbol komandası ötən gecə təlim-məşq toplanışı üçün Litvaya yollanıb.
İdmanxeber.az-ın məlumata görə, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektivin hazırlıq prosesi sentyabrın 10-dək davam edəcək.
Komanda hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu da keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasının təsnifat mərhələsinin matçları sentyabrın 15-22-də oynanılacaq. “Sabah” ilk matçını 1/4 finalda İsveç təmsilçisi “Norrkoping Dolphins”ə qarşı keçirəcək.