16 Sentyabr 2024
Ölkə futbolu

“Sabah” – “Makabbi” oyununa bu qədər bilet satılıb

UEFA Konfrans Liqası II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Makkabi” görüşünə bilet satışları davam edir.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, görüşə minə yaxın bilet satılıb. Hazırda da satışların davam etdiyi və oyun gününə qədər bu rəqəmin artacağı bildirilib.

Qeyd edək ki, “Sabah” – “Makkabi” matçı avqustun 1-də, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq. Oyuna gecikən tamaşaçılar (1-ci hissə bitəndən sonra) stadiona buraxılmayacaq. Stadiona qida məhsulları, şüşə və plastik qablarda içki, bərk bağlamalı olan qablarda və bankalarda qida məhsulları ilə daxil olmaq qadağandır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43