Ardıcıl ikinci il də ölkəmizi avrokuboklarda təmsil edən “Sabah” bu gün ilk matçına çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, “bayquşlar” UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində səfərdə İsrailin “Makkabi” (Hayfa) klubu ilə qarşılaşacaq. Məlum səbəblərdən görüş İsraildə yox, Macarıstanda keçiriləcək.
Masazır təmsilçisi bu matça tam tərkibdə hazırlaşa bilib. Komandanın heyətində yeganə narahatedici məqam Anatoli Nuriyevlə bağlıdı. Zədəsini yeni sağaldan təcrübəli futbolçunun axşamkı oyunda oynayıb-oynamayacağına baş məşqçi Krunoslav Renduliç qərar verəcək.
Qeyd edək ki, Kişvardadakı stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.