20 Sentyabr 2024
Ölkə futbolu

“Sabah” – “Makkabi” matçına nə qədər bilet satılıb?

“Sabah” və İsrailin “Makkabi” (Hayfa) komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Sözügedən qarşılaşmaya 4500 bilet satılıb.

Biletləri “iticket.az” saytından, həmçinin “Bank Respublika Arena” stadionunun kassalarından, “iticket”in “28 Mall” və “Gənclik Mall”dakı satış məntəqələrindən əldə etmək mümkündür.

Qeyd edək ki, “Sabah” və “Makkabi” arasında cavab matçı avqustun 1-də Masazırda, “Bank Respublika Arena”da keçiriləcək. Görüşün start fiti saat 20:00-da səsləndiriləcək. Macarıstanda baş tutan ilk oyunda Azərbaycan klubu 3:0 hesablı qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43