09 Sentyabr 2024
Ölkə futbolu

“Sabah” – “Makkabi” oyununa neçə bilet qalıb?

“Sabah” – “Makkabi” oyununa bilet satışları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə klub paylaşım edib. Paylaşımda satışda 500 biletin qaldığı deyilir:

“Artıq 7500 bilet satılıb (satışa 8000 ədəd bilet çıxarılıb)! Cümə axşamı “Bank Respublika Arena”da möhtəşəm atmosfer gözlənilir. Siz də biletinizi alın və vacib oyunda Azərbaycan futbolunun “Sabah”ına dəstək olun! 

Komandamıza stadiondan dəstək olmaq istəyənlər biletləri “iticket.az” saytından, həmçinin “Bank Respublika Arena” stadionunun kassalarından, “iticket”in “28 Mall” və “Gənclik Mall”dakı satış məntəqələrindən əldə edə bilərlər.

Daha öncə də qeyd etdiyimiz kimi, stadiona qida məhsulları, şüşə və plastik qablarda içki, bərk bağlamalı olan qablarda və bankalarda qida məhsulları ilə daxil olmaq qəti surətdə qadağan olunur.

Əlavə olaraq qeyd edək ki, oyuna gecikən tamaşaçılar (oyunun 70-ci dəqiqəsindən sonra) stadiona buraxılmayacaq.

Təhlükəsizlik səbəbindən atdığımız bu addımı anlayışla qarşılayacağınıza və bu istiqamətdə öz köməyinizi bizdən əsirgəməyəcəyinizə inanırıq.

Əvvəlcədən təşəkkür edirik!”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43