“Sabah” klubu Bəxtiyar Həsənalızadə ilə yeni müqavilə bağlayıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı müdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 1 ildir.
Azərbaycan millisinin üzvü olan futbolçu 2020-ci ilin dekabr ayından “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində ümumilikdə 36 oyun keçirib.