Azərbaycan Premyer Liqasının XXVI turunda “Sabah” öz meydanında “Keşlə”ni qəbul edəcək
Klubdan İdmanxeber.az– a verilən məlumata görə, “Sabah” komandasının heyətində “Keşlə” oyunu öncəsi iki itki var. Belə ki, ötən tur “Qarabağ”a qarşı oyunda qırmızı vərəqə alan Novruz Məmmədovla sarı vərəqə limitini dolduran Erik Ramos “Keşlə”ylə matçda meydana çıxa bilməyəcək.
Cəzalarını bitirən Elgün Nəbiyevlə Vadim Abdullayev isə baş məqçinin forma verdiyi təqdirdə oynaya bilcəklər. Nizam-intizam qaydalarını pozduğu üçün heyətdən quvulan Təmkin Xəlilzadənin durumu isə bəlirsiz olaraq qalır.
Qeyd edək ki, “Sabah” – “Keşlə” matçı aprelin 27-si saat 17:00-da başlayacaq.