23 Sentyabr 2024
Ölkə futbolu

“Sabah” onu Macarıstana dəvət etdi, son anda qərarını dəyişdi – İmza üçün Bakıya gəlir!

Ölkəmizi UEFA Konfrans Liqasında təmsil edən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirməyi düşünür.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, hətta “bayquşlar” bir futbolçu ilə bütün məsələlərdə razılıq əldə edibmiş. Hətta adı açıqlanmayan mərkəz müdafiəçisi Masazır təmsilçisinin Macarıstandakı “Makkabi” (Hayfa) ilə oyununu da tribunadan izləməli idi. Lakin son anda bu baş tutmayıb. Lakin həmin futbolçunun yaxın günlərdə Bakıya gələcəyi və “Sabah”la müqavilə imzalayacağı gözlənilir.

Paytaxt klubunun baş məşqçisi Krunoslav Renduliç komandaya mütləq şəkildə iki yeni mərkəz müdafiəçisi istəyir. Təcrübəli çalışdırıcının sərəncamında hazırda 5 müdafiəçi var ki, onlardan da 3-ü cinah futbolçularıdı. Bu baxımdan da “Sabah” axsayan mövqeyini Premyer Liqada yeni mövsüm başlamamış həll etməyə çalışır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43