22 Oktyabr 2024
Ölkə futbolu

“Sabah” oyunu öncəsi “Neftçi” bu xəbərə sevindi

“Neftçi”nin futbolçusu Emil Səfərov komandanın sıralarına qayıdıb.

İdmanxeber.az-a verilən məlumata görə, bir müddətdi xəstəlikdən əziyyət çəkən yarımmüdafiəçi artıq kollektiv məşqlərə qoşulub. O, səhhətində yaranan problemə görə “Kəpəz” və “Səbail” görüşlərində iştirak edə bilməmişdi.

Futbolçunun durumunun normallaşdığı və böyük ehtimalla “Sabah” oyununa qədər hazır olacağı gözlənilir.

“Sabah” – “Neftçi” görüşü ayın 27-də, saat 17:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43