İdman

“Sabah” qalib gəldi – Azərbaycan çempionatı

Azərbaycan Basketbol Liqasında (ABL) XIV tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, açılış oyununda “Sabah” və “Olimpik Şəki” komandaları qarşılaşıblar. “Sərhədçi” İdman Mərkəzində keçirilən görüş paytaxt klubunun 77-72 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, XIV turun “Zirvə Astara” – “AAAF Xırdalan”, “Sərhədçi PİK” – “Gəncə” və “Neftçi İK” – NTD oyunları yanvarın 21-i və 22-də gerçəkləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43