Kateqoriyasız

“Sabah” “Qarabağ”ın futbolçusunu transfer etdi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

 

İdmanxeber.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin qapıçısı Nicat Mehbalıyev bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq. Gənc qolkiperlə 3 illik müqavilə bağlanıb.

 

19 yaşlı qapıçı karyerası ərzində “Qarabağ” və “Sumqayıt” klublarında çıxış edib.

 

“Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli və Slavik Alxasovun keçidini rəsmiləşdirmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43