Ölkə futbolu

“Sabah” Qazaxıstan klubuna qarşı

Antalyada təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün növbəti yoxlama oyununa çıxacaq.

Premyer Liqanın debütantı Türkiyədəki 2-ci sınağında Qazaxıstanın “Tobol” klubuyla qüvvəsini sınayacaq. “Titanik” otelinin stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

 

Yoxlama oyunu

16 yanvar

18:00. “Sabah” (Azərbaycan) – “Tobol” (Qazaxıstan)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43