Kateqoriyasız

“Sabah” Qomesi istefaya göndərdi

“Sabah” baş məşqçisi Visento Qomesi istefaya göndərib.

Bu haqda klubun saytı məlumat yayıb.

Visente Qomeslə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Ramin Quliyevə həvalə edilib.

Qeyd edək ki, 48 yaşlı ispaniyalı V.Qomeslə 2020-ci ilin iyul ayında 2 illik müqavilə bağlanmışdı. Azərbaycana gələnə qədər Visente Qomes məşqçi karyerası ərzində Ukraynanın “Dinamo” (Kiyev) klubunun əvəzedici komandasında baş məşqçi (2014-2016), bu klubun əsas komandasında (2016-2017, 2019), həmçinin Səudiyyə Ərəbistanının “Əl-Əhli” (2017-2018), Rusiyanın “Spartak” (2018) klublarında köməkçi məşqçi və Ukraynanın “Olimpik” (Donetsk) klubunda (2019/20) baş məşqçi kimi çalışmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43