24 Fevral 2025
Ölkə futbolu

“Sabah” rəhbəri İqor Ponomaryovu təbrik etdi

Bu gün “Sabah” FK-nın idman direktoru, Azərbaycan futbolunun tanınmış siması İqor Ponomaryovun yubileyidir.

İdmanxeber.az-ın məlumatına görə, bu münasibətlə təcrübəli mütəxəssisə rəmzi – 65 nömrəli “Sabah” forması verilib. Formanı İqor Ponomaryova “Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov təqdim edib.

Ponomaryov futbolçu karyerası ərzində SSRİ yığmasının heyətində gənclər arasında dünya çempionatının gümüş (1979), Avropa çempionatının qızıl (1980), medallarını qazanıb. 1988-ci ildə SSRİ yığmasının heyətində olimpiya çempionu olan Ponomaryov, buna nail olmuş yeganə azərbaycanlı futbolçudur. O, ardıcıl 24 penalti zərbəsini dəqiq yerinə yetirərək, SSRİ çempionatında rekord göstəriciyə imza atıb. SSRİ çempionatında “Neftçi” və ÇSKA (Moskva, Rusiya) komandalarında çıxış etmiş İqor Ponomaryov yüksək liqanın 100 ən yaxşı bombardiri siyahısına daxil olub.

Ponomaryov 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə idmanın inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43