Kateqoriyasız

“Sabah” Ramin Quliyevi istefaya göndərdi

“Sabah” baş məşqçisi Ramin Quliyevlə yollarını ayırıb.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssisin təqdim etdiyi istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub. “Sabah” Ramin Quliyevə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Quliyev bu ilin mart ayından “Sabah”ın baş məşqçisi idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43