“Sabah” klubu Rusiyadan daha bir futbolçu gətirmək istəyir.
İdmanxeber.az sözügedən ölkənin sport24.ru saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi son klubu “Ximki” olan Reziuan Mirzovu trasnfer etmək niyyətindədir.
30 yaşlı sol vinger hazırda azad agent statusu daşıyır. “Sabah” bir neçə gün əvvəl “Ximki”dən Ayaz Quliyevi transfer edib.