Kateqoriyasız

“Sabah” “Tottenhem”in sabiq futbolçusunu transfer etdi

“Sabah” klubu “Tottenhem”in sabiq futbolçusu Kristian Keballosu transfer edib. 

İdmanxeber.az sportlife.az-a istinadən xəbər verir ki, 28 yaşlı ispaniyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Keballos sol cinah yarımmüdafiəçisidir. O, həmçinin yarımmüdafiənin sağında və hücumçu arxasında da oynaya bilir.

“Barselona” akademiyasının futbolçusu olan Kristian İngiltərənin “Tottenhem” və “Çarlton”, Portuqaliyanın “Aruka” , Belçikanın “Sent-Trüden” , Qətərin “Əl-Vakrah” və “Qətər” klublarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43