Kateqoriyasız

“Sabah” Türkiyəyə yollanacaq

“Sabah”ın qış təlim-məşq toplanışı üçün planı bəlli olub.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesinə yanvarın 6-da Bakıda start veriləcək.

​Komandanın 12-26 yanvar aralığında Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı nəzərdə planlaşdırılır. Murad Musayevin çalışdırdığı kollektiv burada 3 yoxlama oyunu keçirəcək. Lakin rəqiblərin kimliyi hələ dəqiqləşməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43