Ölkə futbolu

“Sabah”ın U-12 komandası Madriddə keçiriləcək turnirə qatılacaq

“Sabah” Futbol Klubu üzvlərinin bu il “Dostluq üçün futbol” (Football for friendship) sosial layihəsində Madriddəki turnirə qatılacaq üzvləri barədə mətbuat konfransı keçirib.

Konfransda klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov, akademiyanın aşağı yaş qrupları üzrə kordinatoru İlqar İsrafilov, “Sabah” U-12 komandasının baş məşqçisi Samir Əbdürrəhmanov və layihənin rəhbəri Rəhbəri da iştirak edib. Əvvəlcə layihənin rəhbəri Rüstəm Əzimov çıxış edib. O, bu layihənin əhəmiyyətini xüsusi ilə vurğulayıb:

“Proqpramın məqsədi gənc nəsilə sağlam həyat tərzinə alışmasıdır. Məqsədimiz bütün dünya uşaqlarını futbol vasitəsi ilə birləşdirməkdir. Bu layihədə dünnyanın bir çox ölklərində keçirilir. 2017-ci ilində dostluq üzrə futbol çempionatının qalibi “Narıncı” adlı komanda olub. Bu komandanın tərkibində Argentinadan, Çexiyadan, Kanadadan və s. kimi ölkələrindən uşaqlar iştirak ediblər. Ümid edirəm ki, nə vaxtsa ölkəmizdə də dostluq futolbunun layihəsinin finalı keçriləcək.

Konfransda akademiyanın aşağı yaş qrupu üzrə kordinatoru İlqar İsrafilov da danışıb. O, bu turnirin vacibliyinə diqqət çəkib:

“Bildiyiniz kimi “Sabah” yeni bir klubdur. Biz Akademiyaya aid ola məsələlər çox ciddi yanaşırıq. Bu, çox böyük bir sosial layihədir.Burada 200-dən çox ölkə iştirak edir.  Burda məqsəd uşaqları bir yerə yığaraq onları idmana yönləndirmədirk. Bizə belə bir dəvət gəldikdən sonra  dərhal dəyərləndirdik. Düşündük ki, bu bizim uşaqlar üçün də böyük bir təcrübə olacaq. Biz klub rəhbərliyi tərəfindən aşağı yaş qruplarına böyük diqqət yetiririk. Yuxarı yaş qruplarımız medallar uğrunda mübarizə aparırılar. Biz də çalşırıq ki, bu yarışlara rəng qataq. Gələcək də bel bir addımlar atmağı planlayırıq”.

Daha sonra komandanın baş məşqçisi Samir Əbdürrəhmanov da fikirlərini bildirib:

“Biz U-12 komandası olaraq bu yarışda “Sabah” ı və Azərbaycanaı təmsil edəcəyik. İnanıramm ki, uğurlu çxış edib, komandamızı və ölkəmizi layiqincə təmsil edəcəyik. Bu gün tədbirdə  komandamızın iki üzvü iştirak edir. Bu iki oyunçu U-12 liqalar üzsrə çempionluq qazanaq komandamıızn aparıcı üzvləridir. Biz  ötən il ölkədə çempionluğu qazanıb Türkiyədə keçirilən “İzmir Cup”da turnirinin qalibi olmuşuq. Həmin turnirdə komandamızın iki üzvü – qapıçı Ayxan Əlizadə və yarımmüdafiəçi Mehdiyev Babamirzə turnirin ən yaxşı oyunçuları adına layiq görülüblər. Ümid edirəm ki, iştirak edəcəyimiz Madrid turniri biizm üçün yaxşı məktəb və təcrübə olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43