Kateqoriyasız

“Sabah” üçün macarlar və serblər – ÖZƏL

Təlim-məşq toplanışının əsas hissəsini Türkiyədə keçəcək “Sabah”ın bu ölkədə keçirəcəyi 3 yoxlama matçındakı rəqiblərındən 2-si müəyyənləşib.

İdmanxeber.az-ın əldə etdii məlumata görə, paytaxt klubu yanvarın 15-də Macarıstanın “Pakş”, 25-də isə Serbiyanın “Mladost” kollektivləri ilə qarşılaşacaq. Sonuncu rəqib isə hele müəyyənləşməyib.

Xatırladaq ki, “Ağ-göylər” ayın 12-də Türkiyənin Antalya şəhərinə yola düşəcək.

Antalya toplanışı yanvarın 26-na kimi davam edəcək. Türkiyədəki təlim-məşq toplanışı müddətində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43