16 Sentyabr 2024
Ölkə futbolu

“Sabah” Ukrayna klubu ilə məhsuldar heç-heçə etdi – VİDEO

Sloveniyada təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün növbəti yoxlama matçına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, “bayquşlar” Ukraynanın “Krivbass” komandası ilə qarşılaşıb. 4 qolun qeydə alındığı matcda qalib müəyyənləşməyib – 2:2. 

Qeyd edək ki, bundan öncə “Koper”ə qalib gələn (1:0) və Serbiya “Çukariçki “si ilə heç-heçə edən (0:0) Masazır təmsilçisi daha 1 yoxlama oyunu keçirəcək. Komanda iyulun 17-də Ukraynanın “Rux” (Lvov) klubu ilə qarşılaşacaq. “Sabah” iyulun 18-də Bakıya qayıdacaq.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43