20 Sentyabr 2024
Ölkə futbolu

“Sabah” Ukrayna klubu ilə üz-üzə gələcək

Sloveniyada hazırlıqlarını davam etdirən “Sabah” klubu bu gün növbəti yoxlama matçını keçirəcək.

İdmanxeber.az-ın məlumatına görə, Bakı təmsilçisi “Krivbas” (Ukrayna) ilə qarşılaşacaq.

“Brejitse” stadionunda gerçəkləşəcək matçın start fiti Bakı vaxtı ilə saat 20:30-da səslənəcək.

Qeyd edək ki, Bakı klubu daha əvvəl yoxlama görüşündə Sloveniyanın “Koper” komandasına 1:0 hesabı ilə qalib gəlib. “Çukariçki” (Serbiya) kollektivi ilə görüş isə qolsuz yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43