Ölkə futbolu

“Sabah” və “Neftçi”nin Kaşuk mübarizəsi – “Qarabağ” geri çəkildi

Aleksey Kaşuk “Şaxtyor”la vidalaşıb.

İdmanxeber.az-ın məlumatına görə, Donetsk klubunun yetirməsi olan ukraynalı futbolçu hazırda azad agentdi. Onun adı “Qarabağ”la birgə hallansa da, Ağdam klubunun rəsmiləri bunu təkzib edib. Futbolçunun daha çox əməkhaqqı istəməsi “köhlən atlar”ın planlarını pozub.

Əldə etdiyimiz məlumata görə, hazırda “Sabah” və “Neftçi” klubları Kaşuk uğrunda mübarizə aparır. 24 yaşlı futbolçunun sabiq klubu “Sabah”a qayıtmaq variantı daha real olsa da, “Neftçi” tərəfi də bu transferdə israrlıdı. Hər iki tərəf öz təklifini Kaşuka edib. Ukraynalı futbolçu fikirləşmək üçün zaman istəyib. 

“Transfermarkt” saytında dəyəri 1.8 milyon avro kimi qeyd olunan futbolçu digər təklifləri də dəyərləndirmək niyyətindədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43