27 Noyabr 2024
Ölkə futbolu

“Sabah” yeni transferini açıqladı

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, gücumçu İshak Belfodil bundan sonra komandanın uğurları üçün çalışacaq. Əlcəzairli futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.

Belfodil karyerası ərzində Fransanın “Lion” (2009-2011), İtaliyanın “Bolonya” (2011/2012), “Parma” (2012/2013, 2014/2015), “İnter” (2013), “Livorno” (2014), BƏƏ-nin “Bani Yas” (2015/2016), Belçikanın “Standard” (2016-2017), Almaniyanın “Verder” (2017/2018), “Hoffenhaym” (2018-2021), “Herta” (2021/2022) və Qətərin “Al-Qarafa” (2022/2023) klublarında çıxış edib. İshak Əlcəzair millisində 19 oyun keçirib, 2 qola imza atıb.

Yeni transfer “Sabah”da 14 nömrəli formada çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43