Kateqoriyasız

“Sabah” – “Zirə” oyunu koronavirusa görə təxirə salındı

Azərbaycan Premyer Liqasının IX turunun “Sabah” – “Zirə” oyunu təxirə salınıb.

İdmanxeber.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bəzi futbolçuların yenidən COVİD-19 testindən keçəcəyi üçün “Sabah” – “Zirə” matçı bu gün baş tutmayacaq. Oyunun  tarixi ilə bağlı  əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43