Kateqoriyasız

SON DƏQİQƏ: “Sabah” – “Zirə” oyunu baş tutmayacaq

Azərbaycan Premyer Liqasının IX turunun “Sabah” – “Zirə” oyunu təxirə salınıb.

İdmanxeber.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bəzi futbolçuların yenidən COVİD-19 testindən keçəcəyi üçün “Sabah” – “Zirə” matçı bu gün baş tutmayacaq. Oyunun  tarixi ilə bağlı  əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək.

Turun digər oyunları isə noyabrın 7-8-də keçiriləcək.

6 noyabr

Azərbaycan Premyer Liqası, 9-cu tur

16:00. “Sabah” – “Zirə”
“Bank Respublika Arena”

7 noyabr

14:00.”Keşlə” – “Qəbələ”
“Ask Arena”

16:00.”Səbail” – “Sumqayıt”
“ASCO Arena”

8 noyabr

15:00.”Neftçi” – “Qarabağ”
“Bakcell Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43