Ölkə futbolu

“Sabah”da ciddi itkilər: ikisi müəyyən, ikisi qeyri-müəyyən

“Sabah” Premyer Liqanın 24-cü turu çərçivəsində keçiriləcək “Səbail” görüşünə itkilərlə çıxacaq.

İdmanxeber.az-a verilən məlumata görə, “bayquşlar”da zədəsi davam edən Vinsent Till və Kristain Sebalyos “Dənizçilər”ə qarşı forma geyinə bilməyəcək.

Bu oyunçularla yanaşı, Ayaz Quliyevlə Nicat Mehbalıyevin də durumu bəlirsizdir. İki futbolçunun da oynayıb-oynamayacağına matçı günü qərar veriləcək.

“Səbail” – “Sabah” görüşü fevralın 24-də, saat 17:30-da start götürəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43