“Sabah”ın məşqçilər heyətində ayrılıq yaşanıb.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Rəşad Eyyubov komanda ilə vidalaşıb. Vasili Berezutskinin köməkçisi olan Eyyubov artıq məşqçilər heyətində yer almayacaq.
O, öz istəyi ilə məşqçilər korpusundan ayrılmaq istəyib. Onunla qarşılıqlı razılıq əsasında yollar ayrılıb.