04 Fevral 2025
Ölkə futbolu

“Sabah”da mütləq rekordçu

Azərbaycan millisinin futbolçusu Amin Seydiyev “Sabah” klubunun tarixində ən çox oyuna çıxan oyunçu olub.

İdmanxeber.az xəbər verir ki, 24 yaşlı müdafiəçi bunu “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın 15-ci tur oyununda rəsmiləşdirib.

“Sabah”da 68-ci qarşılaşmasını keçirən Seydiyev bu göstəricidə mütləq rekordçudur. O, komandanın sabiq qapıçısı Saşa Stamenkoviçi (67) geridə qoyub.

Amin Seydiyev “Sabah”ın heyətində Premyer Liqada 64, ölkə kubokunda isə 4 matçda iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43