“Sabah” Misli Premyer Liqasının 33-cü turunda səfərdə “Kəpəz”lə qarşılaşacaq.
İdmanxeber.az-a verilən məlumata görə, vacib görüş öncəsi komandada cəzalı futbolçu yoxdur. Heyətdə yalnız bir zədəli oyunçunun olduğu bildirilib.
Bu, Zurab Oçiqavadır. Oyunçu komanda ilə məşqlərə başlasa da, “Kəpəz”lə oyunda meydanda olub-olmayacağı bəlli deyil.
“Kəpəz” – “Sabah” matçı 18:00-da keçiriləcək.