Misli Premyer Liqasının 13-cü turunda “Kəpəz”i qəbul edəcək “Sabah”da ciddi itkilər var.
Klubun mətbuat xidmətindən İdmanxeber.az-a bildirilib ki, “bayquşlar”ın heyətində Coy Lens Mikels sarı kart limitini doldurduğu üçün Gəncə təmsilçisi ilə oyunu buraxmalı olacaq. Bundan başqa, bu yaxınlarda əməliyyat olunan İvan Lepnitsanın da oynamayacağı dəqiqdi.
“Sabah”ın heyətində oynaması sual altında olan daha iki futbolçu var. Bunlar zədəsini yenicə sağaldan Ayaz Quliyev və Vinset Tilldi. Onların meydana çıxıb-çıxmayacağı oyun günü bilinəcək.
Qeyd edək ki, “Sabah” – “Kəpəz” oyunu noyabrın 9-da, saat 19:30-da başlayacaq.