09 Noyabr 2024
Ölkə futbolu

“Sabah”da ukraynalı qapıçı – rəsmi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqamızın debütantı ukraynalı qapıçı Dmitri Bezruku transfer edib. 23 yaşlı qapıçı ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ukraynanın “Çernomorets” (Odessa) klubunun yetirməsi olan Bezruk, peşəkar karyerasında ancaq bu komandada çıxış edib. O, Ukraynanın U-17, U-19 və U-21 millilərinin şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43